«Səbail»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 15 Sentyabr 2017 | 19:33340
«Səbail»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında V turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Bakıda “Səbail” ilə görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Sentyabrın 17-də keçiriləcək oyunu Rauf Cabbarov idarə edəcək. Onun köməkçiləri Mübariz Haşımov və Knyaz Əmiraslanov olacaq. Dördüncü hakim funksiyasını Fariz Yusifov idarə edəcək. Matçın AFFA nümayəndəsi Ramiz Mustafayev, hakim-inspektor Füzuli Nəcəfov olacaq.
Xatırladaq ki, sentyabrın 17-də “Dalğa Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 21:00-da başlayacaq.

Topaz Premyer Liqası
V tur
17 sentyabr (bazar)
21:00. “Səbail” – “Qəbələ”
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Dalğa Arena”