«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 13 Dekabr 2017 | 13:52552
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Dekabrın 14-15-də baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, həmçinin hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ” ayın 15-də “Səbail”in qonağı olacaq. “Qırmızı-qaralar”ın səfər oyununu İnqilab Məmmədov idarə edəcək. Bu qarşılaşmada onun köməkçiləri Rahil Ramazanovla Nahid Əliyev olacaq.  Nail Nağıyev isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Məhəmməd Məmmədov hakim-inspektor, Elçin Məmmədov AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, dekabrın 15-də baş tutacaq görüş “Bayıl Arena”da keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/4 final, cavab oyunu

15 dekabr (cümə)

16:00. “Səbail” - “Qəbələ”

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Nahid Əliyev 

Dördüncü hakim: Nail Nağıyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. “Bayıl Arena” stadionu

İlk oyun - 0:1