«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 22 Fevral 2018 | 19:39279
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında XVII turun təyinatları açıqlanıb. Fevralın 24-də start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ilk oyununda “Səbail”in qonağı olacaq “Qəbələ”nin də matçına təyinatlar məlum olub. Fevralın 24-də keçiriləcək görüşü Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Rza Məmmədovla Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Xatırladaq ki, fevralın 24-də “Bayıl Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 16:00-da başlayacaq.
 

Topaz Premyer Liqası
XVII tur
24 fevral (şənbə)
16:00. “Səbail” - “Qəbələ”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov
Dördüncü hakim: İnqilab Məmmədov
Bakı. “Bayıl Arena”