“Səbail” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 3 May 2024 | 17:41953
“Səbail” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXIII turun təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib.

 

“Qırmızı-qaralar”ın səfər qarşılaşmasını Əli Əliyev idarə edəcək. Turun son günündə keçiriləcək oyunda onun köməkçiləri Cəmil Quliyev və Eyyub İbrahimov olacaqlar. “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. 

 

Qeyd edək ki, mayın 6-da keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 19:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXIII tur

6 may (bazar ertəsi)

19:00. “Səbail”– “Qəbələ”

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Namiq Əliyev

“ASCO Arena”