“Səfərə heç-heçə arxasınca getmirik”
Xəbərlər / 29 Fevral 2012 | 20:00361
“Səfərə heç-heçə arxasınca getmirik”

 “Qəbələ” Unibank Premyer Liqasının 22-ci turu çərçivəsində sabah paytaxtda “Rəvan”la üz-üzə gələcək. Matç öncəsi komandanın baş məşqçisi Fatih Kavlak fikirlərini gabalafc.az-la bölüşüb:

“Rəvan” ciddi rəqibdir. Onlar artıq birinci dövrədə Qəbələdə keçirilən oyunda bunu sübut ediblər. Sabit heyətə malikdirlər. Komandanın ilk altılıq şansını itirməsinə baxmayaraq, bizimlə matçda sonadək mübarizə aparacaqlarından əminəm.”

Baş məşqçi səfərə 3 xal üçün yollandıqlarını bildirib:
“Bildiyiniz kimi sözügedən oyunda xal qazanmaqla ilk altılığa vəsiqənin təmin edəcəyik. Amma səfərə heç-heçə arxasınca getmirik. Məqsədimiz qələbə qazanmaqdır. Bu oyunda maksimum nəticə əldə etməklə həm altılığa vəsiqəni təmin etmək, həm də xal ehtiyatımızı artırmaq istəyirik. Komandada yüksək ab-hava hökm sürür. Zədəlilərimiz sıraya dönüblər. Milli komandanın heyətində olan Mahir Şükürovla Aleksandr Çertoqanov da bu gün bizə qoşulacaqlar”.