Sən də qoşul, Sən də qazan!!!
Xəbərlər / 16 Fevral 2012 | 20:00111
Sən də qoşul, Sən də qazan!!!

“Qəbələ” FK fevralın 21-də keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçı öncəsində azarkeşlər arasında yeni aksiyaya start verib. Aksiyanın iştirakçısı olmaq isə çox sadədir. Əgər siz də “Qəbələ” FK-nın nəfis dizaynlı şərfinə sahib çıxmaq istəyirsinizsə, o zaman matçın keçiriləcəyi stadiona tələsin. Bunun üçün sadəcə stadiona gələn biletli ilk 50 nəfərdən biri olmaq lazımdır. Buyurun siz də aksiyaya qoşulun və qarşılaşmanı əsl “Qəbələ” azarkeşi kimi izləyin!!!