«Sent-Etyen»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 17 Oktyabr 2016 | 21:36628
«Sent-Etyen»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda keçirəcəyi oyunun hakimləri bəlli olub. Oktyabrın 20-də Fransanın “Sent-Etyen” klubu ilə keçiriləcək səfər qarşılaşmasını türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ali Palabıyık olacaq. Ona həmyerliləri Ekrem Kan və Cem Satman kömək edəcəklər. Alper Ulusoy və Bayarslan Volkan əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Xatırladaq ki, “Sent-Etyen” - “Qəbələ” matçı Sent-Etyenin “Stad Joffrua Qişar” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:05-da başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, III tur
20 oktyabr
23:05. “Sent-Etyen” (Fransa) - “Qəbələ”
Baş hakim: Ali Palabıyık (Türkiyə)
Baş hakimin köməkçiləri: Ekrem Kan, Cem Satman (hər ikisi Türkiyə)
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Bayarslan Volkan (hər ikisi Türkiyə)
Dördüncü hakim: Ceyhun Sesigüzel (Türkiyə)
Sent-Etyen. “Stad Joffrua Qişar” stadionu