«Sumqayıt»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 23 Oktyabr 2016 | 14:23443
«Sumqayıt»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının IX turunun təyinatları açıqlanıb. Bu gün start götürüb, üç gün davam edəcək turun qarşılaşmalarının hakimləri, həmçinin AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. “Qəbələ”nin “Sumqayıt”la səfər matçına da təyinat alan rəsmi şəxslər müəyyənləşib. Oktyabrın 25-də keçiriləcək görüşün baş hakimi FİFA referisi Rəhim Həsənov olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Azər Əsgərov yerinə yetirəcək. İnqilab Məmmədovla Rəvan Həmzəzadə Sumqayıtda keçiriləcək matça əlavə köməkçi hakimlər kimi təyinat alıblar. Hakimlərin işinə Rövşən Əhmədov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Vaqif Davudov olacaq.

Xatırladaq ki, oktyabrın 25-də baş tutacaq “Sumqayıt”-“Qəbələ” matçı saat 16:00-da başlayacaq. Görüş Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda keçiriləcək. 

 

IX tur, 25 oktyabr (çərşənbə axşamı)

16:00. “Sumqayıt” – “Qəbələ”

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov

Dördüncü hakim: Azər Əsgərov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

“Kapital Bank Arena”