Taekvondoçulardan 5 medal
Taekvondo / 21 Yanvar 2017 | 20:40735
Taekvondoçulardan 5 medal

Taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. İki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun taekvondoçuları da qüvvəsini sınayıb. Təmsilçilərimizdən beşi “Sərhədçi” Olimpiya İdman Mərkəzində fəxri kürsüyə qalxıb. Məcid Sofiyev 54 kq, Əli Məmmədov 58 kq çəki dərəcəsində finala qədər bütün rəqiblərinə qalib gələrək, həlledici qarşılaşmaya vəsiqə qazanıb. Yalnız finalda uduzan taekvondoçularımız gümüş medala yiyələniblər. Üç idmançımız isə çempionatın bürünc medalına sahib çıxıb. Nicat Cavadov (63 kq) və Fərhan Məmmədli (87 kq) kişilərin, Jalə Məmmədzadə (57 kq) qadınların mübarizəsində 3-cü olub.