Taekvondoçumuz Avropa birinciliyində bürünc qazandı
Taekvondo / 5 Noyabr 2017 | 18:041097
Taekvondoçumuz Avropa birinciliyində bürünc qazandı

Kiprin Larnaka şəhərində keçirilən taekvondo üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Yarışın ikinci günü Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb. 63 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinala qədər irəliləyib. Finalın bir addımlığında  məğlub olan Ağayev bununla da Avropa birinciliyinin bürünc medalına sahib olub.