Taekvondoçumuz Dünya birinciliyinin qızılını qazandı
Taekvondo / 24 Mart 2014 | 19:26945
Taekvondoçumuz Dünya birinciliyinin qızılını qazandı

"Qəbələ" İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov daha bir beynəlxalq uğura imza atıb. Qısa müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən A Klass turnirdən qızılla dönən idmançımız bu dəfə eyni uğuru Gənclər arasında Dünya birinciliyində təkrarlayıb.  Tayvanın Taypey şəhərində keçirilən sayca 10-cu turnirdə Məhəmməd fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala qədər heç bir rəqibinə şans verməyib. Finalda İtaliya taekvondoçusu ilə qarşılaşan millimizin üzvü 11-0 hesabilə qalib gəlib və qızıl medala sahib olub.  
Xatırladaq ki, milli komandamız dünya 18 taekvondoçu ilə qatılılıb. Turnirə martın26-da yekun vurulacaq.