Taekvondoçumuzdan qızıl medal 
Taekvondo / 30 Aprel 2017 | 11:43248
Taekvondoçumuzdan qızıl medal 

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beigi Harçeqani növbəti uğurunu qazanıb. İdmançımız Yunanıstanda keçirilən Dünya Taekvondo Federasiyasının Prezident Kuboku beynəlxalq turnirində qalib gəlib. Avropa çempionu, I Avropa Oyunlarının qalibi və Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Afinada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 80 kq çəki dərəcəsində çıxış edən Harçeqani  türkiyəli Demir Burakı 26:5, Belarus təmsilçisi Vladislav Saulukovu 18:6, yunanıstanlı Apostolos Telikostoslovunu 17:8 hesabı ilə məğlub. Yarımfinalda norveçli Con Asp üzərində də qələbə qazanan Milad finala yüksəlib. Həlledici döyüşdə Türkiyə təmsilçisi Yunis Sarı ilə qarşılaşan idmançımız rəqibinə 10:1 hesabı ilə qalib gəlib. Bununla da Harçeqani yarışın qızıl medalını qazanıb.

Digər taekvondoçumuz Cavad Ağayev gənclər arasında yarışda fərqlənib. 63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Loannis Voukakisı (Yunanıstan) 16:4, Peter Qardeni (Danimarka) 16:3, Yeqor Liakı (Rusiya) 9:4, Jantemir Axmetova (Rusiya) qalib gəlsə də yarımfinalda məğlubiyyətlə üzləşib. Ağayev slovakiyalı Filip Sveçlə gərgin keçən döyüşdən 21:25 hesablı məğlubiyyətlə ayrılıb.