Təmkin Xəlilzadə «Qəbələ»də
Xəbərlər / 30 Dekabr 2017 | 20:081810
Təmkin Xəlilzadə «Qəbələ»də

“Qəbələ” 2018-ci ili yeni transferlə qarşılayır. “Qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Təmkin Xəlilzadəni sıralarına qatıb. Son klubu "Zirə" olan 24 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
Təmkin indiyədək "Qarabağ", AZAL və "Zirə"nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki dəfə də qol ötürməsi edib. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 68 oyunda 5 qol vurub.
O, Azərbaycan milli komandasının San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb.
İşlək ayağı soldur.