Təşəkkürlər, Vinko
Xəbərlər / 22 İyun 2021 | 13:30278
Təşəkkürlər, Vinko

“Qəbələ” klubu müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb. Ötən ilin sentyabrından komandamıza qoşulan xorvatiyalı müdafiəçi 2020-2021-ci illər mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb.

“Qəbələ” İdman Klubu Vinko Medimoreçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.