“Turan” – “Qəbələ” - Ardıcıl 8-ci qələbəyə doğru
Xəbərlər / 12 Dekabr 2011 | 20:001190
“Turan” – “Qəbələ” - Ardıcıl 8-ci qələbəyə doğru

Unibank Premyer Liqasının XVII turunda “Turan”la qarşılaşacaq “Qəbələ” üçün bu rəqib münasib komanda sayılır. Belə ki, indiyədək 17 dəfə qarşılaşdığımız Tovuz təmsilçisi ilə əvvəlki oyunların 11-də qələbə qazanan tərəf məhz “Qəbələ” olub. Komandaların ilk dueli hələ “Qəbələ” I divizionda çıxış etdiyi vaxta təsadüf edir. Həmin vaxt kubok duelində “Turan” yeganə qolun sayəsində mərhələ adladı. Kubokdakı qisas 3 il sonra alındı. Özü də 2 qələbə ilə.

Çempionatda isə  ilk 3 mövsümdə komandalar hərəyə 2 qələbə qazanıb, 2 bərabərliklə kifayətləndilər. 2009/10 mövsümündən başlayaraq isə “Turan” “Qəbələ” üçün 3 xal mənbəyinə çevrilib. Bu müddətdə ardıcıl 7 qələbə qazanan komandamız ilk 6 uğurunu quru qələbələrlə qeyd edirdi. Yalnız cari mövsümdə “Turan” komandamızın qapısına 1 qol vurdu. Lakin bu da 7-ci qələbəyə mane olmadı.

Ardıcıl 8-ci qələbə üçün meydana çıxacaq komandamız ümumilikdə 17 görüşdə 11 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə də uduzub. Top fərqində isə üstünlük az qala ikiqatdır – 18:10.

 

2005/06

05.11.2005

Azərbaycan kuboku, 1/8 final

Göy-Göl (Xanlar) - Turan (Tovuz)

0:0

2005/06

19.11.2005

Azərbaycan kuboku, 1/8 final

Turan (Tovuz)  - Göy-Göl (Xanlar)

1:0

2006/07

10.11.2006

Premyer Liqa

Turan (Tovuz) - Gilan (Qəbələ)

0:0

2006/07

08.05.2007

Premyer Liqa

Gilan (Qəbələ) - Turan (Tovuz)

1:0

2007/08

03.11.2007

Premyer Liqa

Qəbələ - Turan (Tovuz)

2:1

2007/08

03.05.2008

Premyer Liqa

Turan (Tovuz) - Qəbələ

4:2

2008/09

29.10.2008

Azərbaycan kuboku, 1/8 final

Qəbələ - Turan (Tovuz)

2:1

2008/09

05.11.2008

Azərbaycan kuboku, 1/8 final

Turan (Tovuz) - Qəbələ

1:2

2008/09

29.11.2008

Premyer Liqa

Turan (Tovuz) - Qəbələ

0:0

2008/09

17.05.2009

Premyer Liqa

Qəbələ - Turan (Tovuz)

0:1

2009/10

24.10.2009

Premyer Liqa

Turan (Tovuz) - Qəbələ

0:1

2009/10

09.02.2010

Premyer Liqa

Qəbələ - Turan (Tovuz)

1:0

2010/11

11.09.2010

Premyer Liqa

Turan (Tovuz) - Qəbələ

0:1

2010/11

11.12.2010

Premyer Liqa

Qəbələ - Turan (Tovuz)

1:0

2010/11

09.04.2011

Premyer Liqa

Turan (Tovuz) - Qəbələ

0:2

2010/11

08.05.2011

Premyer Liqa

Qəbələ - Turan (Tovuz)

1:0

2011/12

11.09.2011

Premyer Liqa

Qəbələ - Turan (Tovuz)

2:1