U-11 IBERCUP-2012 turnirindəki çıxışına yekun vurdu
Xəbərlər / 28 İyun 2012 | 22:13311
U-11 IBERCUP-2012 turnirindəki çıxışına yekun vurdu

“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası Portuqaliyada keçirilən beynəlxalq IBERCUP-2012 turnirindəki çıxışını dayandırıb. Qrup mərhələsini məğlubiyyətsiz adlayan komandamız 1/8 final mərhələsində İspaniya “Vilyarreal”ı ilə qarşılaşıb.  Matç ispanların 7:0-lıq qələbəsi ilə tamamlanıb.  Bununla da, təmsilçimiz ¼ finala çıxmaq şansını itirib və turnirdəki çıxışını başa vurub. İyulun 1-i vətənə dönəcək komandamız keçirəcəyi  yoldaşlıq oyunu ilə Portuqaliya səfərini yekunlaşdıracaq.