U-13-dən ardıcıl iki heç-heçə - Fotoreportaj
Xəbərlər / 22 May 2017 | 23:33450
U-13-dən ardıcıl iki heç-heçə - Fotoreportaj

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə yekun vurulub. “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda “Kapilan Pallo” ilə qarşılaşıb. Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək A qrupundakı ilk iki oyununda “Milan” (0:3) və “Spal 2013” (0:0) ilə görüşən Ülfət Mədətovun baş məşqçisi olduğu komanda mərhələni 4-cü pillədə başa vurub.

Növbəti mərhələdə “Qəbələ” daha iki oyun keçirib. Komandamız İtaliya təmsilçiləri “Forli” və “Prato” ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu qarşılaşmalarda komandamızın qollarını müvafiq olaraq, İbrahim Ramazanovla Fərid Kələntərəov vurubıar. Turnirin final oyununda isə “Milan” və “Real” qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.