U-14 Belarus klubu ilə qarşılaşacaq
Xəbərlər / 28 Oktyabr 2017 | 22:3880
U-14 Belarus klubu ilə qarşılaşacaq

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup” beynəlxalq turnirində növbəti oyunlar keçirilib. “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın ikinci günündə 3 matça çıxıb. C qrupunda çıxış edən Ülfət Mədətovun yetirmələri öncə Finlandiyanın “Maski” klubu ilə heç-heç-heçə edib. Son turda Belarus “Smena”sı ilə qolsuz bərabərliklə ayrılan “Qəbələ” qrup mərhələsini 5 xalla 3-cü pillədə başa vurub.

Ardınca komandamız 9-12-ci yerlər uğrunda pley-off matçında Estoniyanın “Levadiya” klubu ilə görüşüb. Baltikyanı ölkə təmsilçisi bu qarşılaşmadan qalib ayrılıb – 1:0. “Qırmızı-qaralar” sabah keçirəcəyi son matçında 11-ci yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Komandamızın rəqibi Belarusun “İsloç” klubu olacaq.