U-15 Donetsk hazırlıqlarını yekunlaşdırdı
Xəbərlər / 15 Mart 2012 | 14:39402
U-15 Donetsk hazırlıqlarını yekunlaşdırdı

Təlim-məşq məqsədilə Ukraynanın Donetsk şəhərində səfərdə olan “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində üçüncü – sonuncu  yoxlama oyununu keçirib. “Metallurq”lu həmyaşıdları ilə qarşılaşan  futbolçularımız 0:3 hesabilə məğlub olublar. Matç “Metallurq”un bazasında baş tutub.

Xatırladaq ki, “Qəbələ” Donetskdə hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayıb. İlk matçda “Şaxtyor” 0:5 hesabilə məğlub olan komandamız, ikinci görüşdə eyniadlı klubun şəhər filialının komandasının qapısından 4 cavabsız top keçirib. Donetsk hazırlıqlarını yekunlaşdıran təmsilçimiz sabah vətənə dönəcək.