U-15 komandamız 4-cü oldu - Fotoreportaj
Xəbərlər / 7 İyun 2012 | 14:18271
U-15 komandamız 4-cü oldu - Fotoreportaj

“Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Kapital Bank U-15 liqasını  4-cü yerdə tamamlayıb. İlkin mərhələdə 9 komanda ilə mübarizə aparan təmsilçimiz 39 xal toplamaqla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsində A qrupunda yer alan “Qəbələ” “İnter”, “Neftçi” İSM və “Rəvan”la mübarizə aparıb. 6 oyunun nəticəsinə görə 12 xal toplayan komandamız yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə təmsilçimiz paytaxtın “Bakı” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qəbələdə baş tutan ilk matçda 3:3, Bakıda keçirilən oyunda isə 1:1 hesabı qeydə alınıb və “Qəbələ” məğlub olmasa da finala çıxmaq şansını itirib. 3-cü yer uğrunda oyunda isə U-15 “İnter”li həmyaşıdları ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabı ilə sona çatıb. “Qəbələ”nin qoluna Fərid Əsədli imza atıb. Matçın əlavə hissələrində də hesab dəyişməyib və qalib penaltilər seriyasında müəyyənləşdirilib. Penaltilər mərhələsində daha diqqətli olan “İnter” 4:3 hesabilə qalib gəlib və bürünc medallara sahib olub.