U-16 yığmasında 9 «Qəbələ»li
Xəbərlər / 12 İyun 2012 | 11:06366
U-16 yığmasında 9 «Qəbələ»li

İyunun 17-dən 30-a qədər Almaniyanın Frankfurt şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasıın təlim-məşq toplanışı keçiriləcək. Toplanış çərçivəsində Lüksemburqun U-16 yığması ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, yığmamız iyulun 1-dən 5-dək Almaniyanın Duysburq şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Sevindirici haldır ki, yığmanın heyətinə dəvət olunmuş 18 futbolçudan 9-u "Qəbələ"ni təmsil edir. Milli komandaya dəvət almış futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
Mustafazadə Bəhlul – «Qəbələ»
Hüseynov Roman – «Qəbələ»
Əlibabayev Vüqar – «Qəbələ»
Mirzəyev Sahil – «Qəbələ»
Süleymanov Coşqun – «Qəbələ»
Hüseynov Məhəmməd – «Qəbələ»
Dedyukin Aleksey – «Qəbələ»
Məmmədzadə Mirəli – «Qəbələ»
Əsədli Fərid – «Qəbələ»
Qasımov Ağaseyid – «İnter»
Peyman Natiq – «İnter»
Məmmədli Əlibəy – «Rəvan»
Həsənov Anar – «Rəvan»
Babayev Heydər – «Xəzər Lənkəran»
Cəfərov Elnur – «Xəzər Lənkəran»
Turabov Eltun – «Qarabağ»
Cəbrayılov Şahban – «Qarabağ»
Məmmədov Məmməd – «Dukla» (Çexiya)