U-19-dan böyükhesablı qələbə
Xəbərlər / 14 Aprel 2017 | 23:5880
U-19-dan böyükhesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti matçlarına çıxıb. U-19 səfərdə “Zirə” ilə görüşüb. Komandamız rəqib meydanında 4:1 hesablı qələbə qazanıb. 27 matçda 65 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. U-17 isə paytaxt səfərindən xalsız dönüb. Komandamız “Səbail”ə uduzub – 0:1. 21 oyundan sonra 49 xala malik “qırmızı-qaralar” 3-cü sırada qərarlaşıb. U-15-in “İnter”lə matçı təxirə salınıb. 20 qarşılaşmada 54 xal toplayan “Qəbələ” yarışın lideridir.