U-19-dan böyükhesablı qələbə
Xəbərlər / 30 Noyabr 2017 | 22:4977
U-19-dan böyükhesablı qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar. Gənclər Liqasında mübarizə aparan U-19 komandamız ikinci dövrəyə ardıcıl qələbələrlə başlayıb. Evdə “Neftçi” İK İB-ə 2:0 hesabı ilə qalib gələn komandamız səfərdə “Keşlə”ni böyük hesabla məğlub edib – 4:0. “Qəbələ” 10 oyundan sonra 28 xalla yarışın vahid lideridir. “Qəbələ” U-16 Liqasında “Sumqayıt”la heç-heçə edib – 1:1. “Qırmızı-qaralar” 9 oyundan sonra 21 xalla 3-cü pillədə yer alıb. U-15 səfərdə “Neftçi” İK İB-ə qalib gəlib – 2:0. 10 görüşdə 28 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. 

Paytaxt zonasında çıxış edən U-14 “Neftçi” İK İB-ə 2:0 hesabı ilə məğlub edib. 9 oyundan sonra 23 xala malik komandamız 2-ci pilləyə yüksəlib. U-13 isə “Sumqayıt”a minimal hesabla qalib gəlib – 1:0. 10 maçdan sonra komandamız 27 xalla zirvədə qərarlaşıb. 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız XI turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Yevlax UGİM-ini 8:0, UGİM isə Yevlax UGİM “Rabitəçi”sini 3:1 hesabı ilə yenib. 11 turdan sonra ilk iki pillədə qərarlaşan təmsilçilərimizin hərəsinin 30 xalı var. U-11 Liqasında da “Qəbələ” Yevlax UGİM “Rabitəçi”sini 20:0, UGİM isə İsmayıllı UGİM-ini 5:1 hesabı ilə udub. 11 oyundan 33 xal toplayan “Qəbələ” 1-ci, 11 qarşılaşmada 24 xal qazanan UGİM 2-cidir. U-10 Liqasındakı üç komandamızdan ikisi üz-üzə gəlib. “Qəbələ” Gİİ-ni 13:0 hesabı ilə yenib. UGİM isə Yevlax UGİM “Rabitəçi”sindən güclü olub – 6:3. 9 görüşdə 27 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 10 matçda 21 xal toplayan Gİİ 2-ci, 18 xallı UGİM 3-cüdür. Qızlardan ibarət komandamız Yüksək liqada ardıcıl 5-ci qələbədən sonra ilk xal itkisi ilə üzləşib. “Baku Siti” ilə 1:1 hesablı heç-heçədən sonra  “qırmızı-qaralar” 16 xalla yarışın lideridir.