Üç futbolçumuz Azərbaycan – Belarus oyununda
Xəbərlər / 23 Mart 2018 | 22:57274
Üç futbolçumuz Azərbaycan – Belarus oyununda

Bu gün Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Yığmamız Bakıda Belarusla üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada “Qəbələ”nin futbolçuları da iştirak edib. Təlim-məşq toplanışına dəvət alan üç oyunçudan biri – Ruslan Qurbanov start heyətində meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Ürfan Abbasov 73-cü, Asif Məmmədov isə 79-cu dəqiqədə oyuna daxil olub. Belarusla görüş Asifin milli komandada debütü ilə yadda qalıb.
Xatırladaq ki, yığmamız Belarusla matçda 0:1 hesabı ilə uduzub.