Üç futbolçumuz Azərbaycan – Moldova oyununda
Xəbərlər / 31 Yanvar 2018 | 17:27264
Üç futbolçumuz Azərbaycan – Moldova oyununda

Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirib. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan yığmamız Moldova ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. “Mardan” stadionunda baş tutan qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə “Qəbələ”nin futbolçuları da iştirak edib. Görüş üçün milliyə dəvət alan Cavid Hüseynov, Ruslan Qurbanov və Təmkin Xəlilzadə Moldova ilə qarşılaşmada meydana çıxıb. Start heyətində yer alan Cavid 90 dəqiqə şans qazanıb. 23-cü dəqiqədə oyuna daxil olan Ruslan 86-cı dəqiqədə əvəzlənib. Təmkin isə 61-ci dəqiqədə meydana daxil olub. 

Xatırladaq ki, Cavid millidə 53 (2 qol), Ruslan 20 (1 qol), Təmkin 3 oyun keçirib.