Üç futbolçumuz U-21-də
Xəbərlər / 29 Sentyabr 2017 | 23:14284
Üç futbolçumuz U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ” Futbol Klubunun üç futbolçusu da yığmaya çağırılıb. Bunlar Qismət Alıyev, Roman Hüseynov və Alek Askerovdur. Onların da dəvət aldığı millimiz oktyabrın 1-dən 3-dək Almaniyanın paytaxtı Berlində, ayın 4-dən 8-dək Kotbus şəhərində keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək. Yığmamız oktyabrın 6-da isə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq.