Uğurlar, Kamal!
Xəbərlər / 23 Avqust 2019 | 12:46648
Uğurlar, Kamal!

“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl-Salmiyə” klubuna transfer olunub. Asiya təmsilçisinin nümayəndələri Kamalı “qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər. “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

"Qəbələ” İdman Klubu akademiyamızın yetirmələrindən olan Kamal Mirzəyevə “Əl-Salmiyə”də uğurlar arzulayır.