Klubumuzun daha bir futbolçusu karyerasını Avropada davam etdirəcək.
18 yaşlı Samir Qurbanov bu gün Çexiyanın "Viktoriya Jijkov" klubu ilə müqavilə imzalayıb. O, qarşıdakı iki il ərzində icarə əsasında Praqa təmsilçisinin şərəfini qoruyacaq. Klublar arasındakı razılaşmaya əsasən, icarə müddətində "Viktoriya Jijkov" "Qəbələ"yə ödəniş etməklə futbolçunun transfer hüququna tam sahib ola bilər. Həmçinin, Samir Qurbanovun satışından klubumuz 20 % əlavə gəlir əldə edəcək.
Qeyd edək ki, gənc futbolçu 11 yaşından "Qəbələ"də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. Başa çatan mövsümdə "Gənclər Liqası"nın qalibi və bombardiri olmaqla yanaşı, "Qəbələ"nin əsas heyətində də debüt edib. UEFA Youth League turnirində Moldovanın "Şerif" və Almaniyanın "Herta" klublarına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Yetirməmizə yeni klubunda uğurlar arzu edirik.