Uğurlu məkanda uğurlu starta doğru
Xəbərlər / 2 Avqust 2012 | 06:32305
Uğurlu məkanda uğurlu starta doğru

“Qəbələ” Premyer Liqanın yeni mövsümünə Zaqatalada start verəcək. “Simurq”un qonağı olacaq komandamız rəqib meydanında oynasa da, kifayət qədər uğurlu məkanda oynayacaq. Belə ki, futbolçularımız Zaqatalada keçirdiyi oyunlarda yaxşı nəticələr göstərir.

Sonuncu dəfə 2009-cu il mayın 10-da “Simurq”un meydanında xalsız qalan “Qəbələ” ardıcıl 4 səfəri məğlubiyyətsiz qayıdır. 1182 gündür Zaqatalada uduzmamaqla yanaşı, son 3 görüşdə meydan sahiblərindən qol da buraxılmayıb. 

Ümumilikdə isə bu dəfəki görüş rəqiblərin 19-cu dueli olacaq. “Qəbələ” 9, “Simurq” 6 qələbə qazanıb, 3 oyunda isə qalib müəyyənləşməyib. Top fərqində isə üstünlük daha böyükdür – 23:15.

Zaqataladakı 10-cu duelədək 3 səfər qələbəsi olan komandamız 2 heç-heçə edib və 4 dəfə uduzub. Zaqatalada meydan sahibləri top fərqində öndədir – 10:9.

Birinci dəstə və Azərbaycan kubokundakı oyunları nəzərə almasaq isə “Qəbələ” 16 dəfə “Simurq”la görüşüb. 6 qələbəsi olan komandamız 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Top fərqində də “Qəbələ öndədir – 16:12.

2005/06

05.10.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Simurq (Zaqatala)

2:0

2005/06

01.03.2006

Birinci divizion

Simurq (Zaqatala) - Gilan (Xanlar)

1:3

2006/07

23.10.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Simurq (Zaqatala)

1:2

2006/07

07.04.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Gilan (Qəbələ)

3:1

2007/08

15.09.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

2:0

2007/08

24.10.2007

Azərbaycan kuboku, 1/8

Qəbələ - Simurq (Zaqatala)

1:0

2007/08

31.10.2007

Azərbaycan kuboku, 1/8

Simurq (Zaqatala) - Qəbələ

2:1

2007/08

27.04.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:0

2008/09

23.11.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:0

2008/09

10.05.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:0

2009/10

16.08.2009

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

2:1

2009/10

28.11.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2010/11

01.10.2010

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:2

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2010/11

30.04.2011

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:0

2011/12

29.10.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:2

2011/12

16.02.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:1