Bu gün Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Yığmamız Qırğızıstan komandası ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən matç komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Bu görüşdə “Qəbələ”nin futbolçusu Ürfan Abbasov da iştirak edib. Start heyətində yer alan müdafiəçi 90 dəqiqə meydanda mübarizə aparıb. O, qarşılaşmanın 84-cü dəqiqəsində qonaqların qapısına vurulan 3-cü qolun müəllifi olub. Bu, millidə 5-ci oyununu keçirən Abbasovun ilk qoludur.
Xatırladaq ki, Azərbaycan yığması iyunun 5-də Qazaxıstan, 9-da Latviya ilə görüşəcək. Hər iki matçı səfərdə keçirəcək yığmamıza “Qəbələ”nin ümumilikdə 5 futbolçusu dəvət alıb. Bunlar Azərbaycan kubokunun finalında iştirak etdikləri üçün bugünkü matçı buraxan Cavid Hüseynov, İlqar Qurbanov, Təmkin Xəlilzadə, həmçinin Ruslan Qurbanovla Ürfan Abbasovdur.