Ürfan Abbasov milliyə çağırıldı
Xəbərlər / 13 Mart 2012 | 12:23473
Ürfan Abbasov milliyə çağırıldı

Aprelin 4-də, Helsinki şəhərində 21 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Yığmamızın həmin oyun üçün heyəti də açıqlanıb. Son dövrlər “Qəbələ”nin əsas heyətində tez-tez meydançaya gənc futbolçu Ürfan Abbasov da U-21-in heyətinə daxil edilib. 

Millinin almaniyalı baş məşqçi Bernard Lippert sözügedən oyuna aşağıdakı futbolçuları aparacaq:

Abdulla Abasiyev («Sumqayıt»), Orxan Həsənov («Sumqayıt»), Emin Mustafayev (“Sumqayıt”), Eşqin Quliyev (“Sumqayıt”), Ruslan Tağızadə (“Sumqayıt”), Tərlan Quliyev – (“Sumqayıt”), Elvin Yunuszadə (“Neftçi”), Mirhüseyn Seyidov “Neftçi”, Cavid İmamverdiyev (“Neftçi”), Osman Umarov (“Qarabağ”), Qara Qarayev (“Qarabağ”), Tural İsgəndərov (“Qarabağ”), Rəhman Hacıyev  (“Bakı”), Novruz Məmmədov (“Bakı”), Səlahət Ağayev (“İnter”), Elnur Abdulov (“İnter”), Urfan Abbasov (“Qəbələ”), Tural Abbaszadə (“Kəpəz”), Murad Ağayev (Dassayev adına Akademiya, Rusiya), Əli Gökdəmir (Hannover – 96, Almaniya).