Urfan Abbasov «Qəbələ»də
Xəbərlər / 9 İyun 2021 | 16:33705
Urfan Abbasov «Qəbələ»də

2021-2022-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib. “Qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə “Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra komandamıza qayıdıb. 2011-19-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan milli komandasında 9 oyun keçirib, 1 qol vurub.