«Vacib odur ki, qələbə qazandıq»
Xəbərlər / 4 Noyabr 2017 | 18:54254
«Vacib odur ki, qələbə qazandıq»

Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Səbail” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Vacib odur ki, qələbə qazandıq. Matça gəlincə isə strateji vəziyyətlərdə daha yaxşı oynamağımızı istəyərdim. 2 qol vurandan sonra komanda rəqibə daha güclü təzyiq etməyi bacarmalıdır. İkinci topdan sonra bunun əksi baş verdi və özümüz üçün oyunun axarını çətinləşdirdik. Bütün rəqiblərə eyni yanaşır, bərabər hörmət edirik. Özümü hər bir komanda ilə görüşə eyni dərəcədə emosional və psixoloji hazırlayıram. Buna görə də “Qarabağ”la “Səbail”lə matçlardakı davranışım fərqlənmir. Oyun gedən zaman kiminlə oynamağın fərqində olmur, hisslərimlə hərəkət edirəm. “Qarabağ”la görüşdə indikindən daha yaxşı oynamışdıq ki, buna görə də həmin vaxt futbolçularımızın hərəkətinə belə reaksiya verməmişdim. Rəqibin baş məşqçisinin oyunumuzdan xoşu gəlməyibsə, onun fikrinə hörmətlə yanaşıram və şərh verə bilmərəm. Premyer Liqada yaranan qısa fasiləni elə ölkə daxilində keçirəcəyik. Bir neçə günlük istirahətdən sonra hazırlıqları davam etdirəcək və yoxlama matçında qüvvəmizi sınayacağıq. Əvvəl də dəfələrlə demişəm ki, “Neftçi”nin potensiala malik olması və öz yerində olmadığına əminəm. Bu komandanın ardıcıl qələbələri məni heç təəccübləndirmir. Başa düşürük ki, bizi çox ciddi rəqib gözləyir”.