Vurğun Hüseynov “Acıbadem”də reabilitasiyaya başladı
Xəbərlər / 26 Dekabr 2011 | 20:00995
Vurğun Hüseynov “Acıbadem”də reabilitasiyaya başladı

Son matçlarda ombasında ağrılar hiss edən komandamızın müdafiəçisi Vurğun Hüseynov tibbi tərəfdaşımız olan “Acıbadem”in Fulya Sağlamlıq Mərkəzində reabilitasiyaya başlayıb. Futbolçumuza “Acıbadem”ın həkimlərinin nəzarəti altında 10 seanslıq reabilitasiya proqramı tətbiq olunacaq. Vurğun Hüseynov yanvarın 9-da Qəbələdə start götürəcək təlim-məşq toplanışına kimi bərpa prosesini yekunlaşdırması və komanda ilə birlikdə məşqlərə çıxması gözlənilir.