Abbasovdan gümüş medal
Cüdo / 28 Avqust 2023 | 09:071875
Abbasovdan gümüş medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçusu Mehdi Abbasov növbəti uğuruna imza atıb. O, yeniyetmələrin dünya birinciliyində fərqlənib.

81 kq çəkidə çıxış edən cüdoçumuz komanda yarışlarında uğurla çıxış edib. Yığmamız Xorvatiyadakı çempionatda Yunanıstanı 4:1, Qazaxıstanı 4:2, yarımfinalda isə Türkiyəni 4:3 hesabı ilə məğlubiyyətə uğradıb. Finala qədər irəliləyən komandamız həlledici görüşdə Fransaya 1:4 hesabı ilə uduzub. Bununla da Abbasovun yer aldığı yığmamız dünya birinciliyinin gümüş medalını qazanıb.