Ağayevlə Məmmədovdan qızıl medal
Taekvondo / 28 Dekabr 2019 | 23:23804
Ağayevlə Məmmədovdan qızıl medal

Taekvondo üzrə Azərbaycan çempionatı və respublika birinciliyinə yekun vurulub. Beş gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də dayanq üzərinə çıxıblar. Yarışın son günü böyüklər mükafatlar uğrunda mübarizə aparıb. “Qəbələ”nin iki taekvondoçusu günü çempion titulu ilə başa vurub. Cavad Ağayev (68 kq) və Məhəmməd Məmmədov (80 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan bu iki taekvondoçumuzdan başqa, daha bir təmsilçimiz yarışda medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan gənclərin respublika birinciliyində Ümid İsmayılov 3-cü yeri tutaraq bürünc mükafata sahib çıxıb.