Avropa çempionatında gümüş medal
Taekvondo / 24 Avqust 2023 | 21:461720
Avropa çempionatında gümüş medal

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. İdmançımız böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında fərqlənib. 

68 kq çəkidə mübarizə aparan taekvondoçumuz Estoniyanın paytaxtı Tallində təşkil olunan yarışda finala qədər irəliləyib. Ağayev yalnız həlledici görüşdə məğlub olub. Bununla da təmsilçimiz qitə çempionatında gümüş medala yiyələnib.