Avropa kubokunda bürünc medal
Cüdo / 7 May 2023 | 19:522388
Avropa kubokunda bürünc medal

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku turniri baş çatıb. Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışın ikinci günü Azərbaycan yığmasının və “Qəbələ”nin cüdoçusu Hüseyn Eyvazlı üçün uğurlu alınıb.

81 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirə yığmadakı komanda yoldaşı Nihad Əhmədov üzərində qələbə ilə başlayıb. 1/4 finalda gürcüstanlı Giorgi Bendelianiyə uduzan Hüseyn təsəlliverici mərhələyə qatılıb. Yığmamızın üzvü Ülvi İslamov və gürcüstanlı Otari Mazmişvili üzərində qələbələrdən sonra cüdoçumuz bürünc uğrunda görüşə çıxıb. Finlandiya təmsilçisi Aleksi Hukkaneni məğlub edən Eyvazlı Avropa kubokunun bürünc mükafatını qazanıb.