Boksçularımızdan 3 medal
Boks / 12 Noyabr 2018 | 20:211008
Boksçularımızdan 3 medal

Gənc boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb. Paytaxt və respublikanın müxtəlif bölgələrini təmsil edən 30 komandanın qatıldığı yarışda 140 idmançı mükafatlar uğrunda qüvvəsini sınayıb. Boks Mərkəzində təşkil edilən birincilikdə “Qəbələ” İdman Klubunun üzvləri də mübarizə aparıb.

Boksçularımız yarışda 3 medal qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən Tacəddin Maməliyev yalnız finalda uduzaraq gümüş mükafata yiyələnib. Yarımfinala qədər irəliləyən İsmət Əmiraslanov (49 kq) və Fərid İsmayıllı (69 kq) 3-cü yeri tutaraq bürünc medal əldə edib.