Boksçularımızdan iki medal
Boks / 8 Fevral 2020 | 21:29843
Boksçularımızdan iki medal

Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. İdmançılarımız çempionatda iki medala yiyələniblər. 60kq çəki dərəcəsində çıxış edən İlqar Salahov bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu tituluna sahib çıxıb. Qızıl medal alan boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarımfinala qədər irəliləyən Nurlan Qasimov (75kq) isə finalın bir addımlığında dayanıb. O, bürünc mükafat əldə edib.

Xatırladaq ki, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 48 komandadan 147 boksçu mübarizə aparıb.