Cavad Ağayevdən qızıl, Məhəmməd Məmmədovdan bürünc medal
Taekvondo / 9 Mart 2019 | 23:19958
Cavad Ağayevdən qızıl, Məhəmməd Məmmədovdan bürünc medal

“Qəbələ” İdman Klubunun taekvondoçuları növbəti uğurlarını qazanıblar. Azərbaycan milli komandasının üzvləri Məhəmməd Məmmədovla Cavad Ağayev Hollandiyanın Eyndhoven şəhərində təşkil olunan “Dutch Open” turnirində fərqləniblər. Təmsilçilərimiz yarışın ilk günündə dayanq üzərinə çıxıblar. 63 kq çəki dərəcəsində mübarizə aparan Cavad bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb. O, finalda italiyalı Simon Kreskenzini məğlub edib. 68 kq çəki dərəcəsində çıxış edən Məmmədov isə yarımfinala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Finalın bir addımlığında uduzan taekvondoçumuz bürünc medala yiyələnib.