Çələbiyev Azərbaycan çempionu oldu
Boks / 27 Noyabr 2019 | 20:01796
Çələbiyev Azərbaycan çempionu oldu

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. “Qəbələ” İdman Klubunun təmsilçiləri Boks Mərkəzində təşkil olunan çempionatda qüvvələrini sınayıb. 6 gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Klubumuzun iki boksçusu çempionatı medalla başa vurub. 63 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızıl medala sahib çıxan təmsilçimiz həm də birinciliyin ən yaxşı boksçusu nominasiyasında xüsusi diplomla təltif edilib.

91 kq çəki dərəcəsində mübarizə aparan Sadiq Səmədov yalnız bu gün keçirilən final qarşılaşmasında uduzaraq gümüş mükafata yiyələnib.

“Qəbələ” İdman Klubu 1 qızıl və 1 gümüş medalla komanda hesabında 3-cü olub.