Cüdoçularımızdan iki qızıl medal
Cüdo / 19 İyul 2023 | 17:211764
Cüdoçularımızdan iki qızıl medal

“Qəbələ”nin cüdoçuları növbəti uğura imza atıblar. İdmançılarımız Azərbaycan Cüdo Federasiyasının təşkil etdiyi kişilər arasında ACF turunda fərqləniblər.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda iki təmsilçimiz uğurla çıxış edib. Kərim Allahverdiyev (81 kq) və İmran Yusifov  (+100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Qızıl medal qazanan cüdoçularımız fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Xatırladaq ki, yarışda 50 klub, cəmiyyət və idman təşkilatından olan 200-dən çox cüdoçu mübarizə aparıb.