Cüdoçumuzdan bürünc medal
Cüdo / 10 Aprel 2023 | 10:291236
Cüdoçumuzdan bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Hüseyn Eyvazlı növbəti uğuruna imza atıb. İdmançımız yeniyetmələr arasında Avropa Kubokunda fərqlənib.

Cüdoçumuz Çexiyanın Teplis şəhərində keçirilən yarışda uğurla çıxış edib. 81 kq çəki dərəcəsində mübarizə aparan Eyvazlı bürünc medal qazanıb.