İmran Yusifovdan bürünc medal
Cüdo / 8 Oktyabr 2023 | 23:061322
İmran Yusifovdan bürünc medal

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti uğuruna imza atıb. Təmsilçimiz Açıq Asiya turnirində fərqlənib.

Cüdoçumuz Qazaxıstanın Aktau şəhərində keçirilən yarışda tatami üzərinə çıxıb. +100 kq çəkidə mübarizə aparan Yusifov turniri fəxri kürsüdə başa vurub. O, 3-cü yer uğrunda qarşılaşmada millimizin digər üzvü Camal Feyziyevi məğlub edərək bürünc medal qazanıb.