Karateçimizdən bürünc medal
Karate / 28 Yanvar 2020 | 06:06490
Karateçimizdən bürünc medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafiz Həsənov növbəti uğuruna imza atıb. Təmsilçimiz Fransanın paytaxtı Parisdə keçirilən Karate1 Premyer Liqa turnirinin bürünc medalına sahib olub. 67 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşdə Əmir Mehdizadəyə (İran) 2:1 hesabı ilə qalib gəlib. Ardına Luka Mareskaya (İtaliya) 1:4 hesabı ilə uduzan karateçimiz təsəlliverici görüşlərə qatılıb. Marvin Qarini (Fransa) 4:3, Jihvan Lini (Koreya) 2:0 hesabı ilə məğlub edən Rafiz bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. Son qarşılaşmasında Vinisius Fiqueyrani (Braziliya) 4:2 hesabı ilə üstələyən Həsənov yarışın bürünc medalını qazanıb.