Kokauridən bürünc medal
Cüdo / 26 Oktyabr 2019 | 22:18609
Kokauridən bürünc medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçusu Uşanqi Kokauri növbəti mükafatını qazanıb. İdmançımız Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirində qüvvəsini sınayıb. +100 kq çəkidə mübarizə aparan cüdoçumuz qırğızıstanlı Bekbolot Toktoqonov, monqolustanlı Tsetsentsenqel Odxuu və rumıniyalı Vladut Simioneskuya qalib gələrək yarımfinala yüksəlib. Bu raundda ukraynalı Yakov Xammoya uduzan Kokauri bürünc uğrunda döyüşdə tatamiyə çıxıb. Təmsilçimiz Ukrayna idmançısı Aleksandr Qordiyenkoya qalib gələrək bürünc medala layiq görülüb.