“Qəbələ”dən iki cavabsız qol
Xəbərlər / 23 Mart 2024 | 18:591440
“Qəbələ”dən iki cavabsız qol

“Sabah” – “Qəbələ” – 0:2

Əyyub Allaş, Bilel Auaşeriya

 

“Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” milli komandaların matçları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə “Sabah”la üz-üzə gəlib.

 

Qarşılaşma Bakıdakı “Bank Respublika Arena”da təşkil olunub. Baş məşqçimiz Kaxaber Tsxadadze aşağıdakı start “11-liy”inə şans verib:

Rəşad Əzizli, Nicat Əliyev, Zurab Oçiqava, Lukas Afriko, Urfan Abbasov, Rauf Hüseynli, Feras Abu Akal, Ahmed Ayzaya, Əyyub Allaş, Samuel Tetteh, Osama Xalayla.

 

Görüşdə hesabı “Qəbələ” açıb. Birinci hissədə Əyyub Allaş meydan sahiblərinin qapısına yol tapıb.

 

Milli üzvlərinin iştirak etmədiyi qarşılaşmanın gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. Fasilədən sonra “qırmızı-qaralar” daha bir qola imza atıb. Bu dəfə Bilel Auaşeriya fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, komandamız növbəti matçını martın 29-da “Neftçi”yə qarşı keçirəcək. Misli Premyer Liqasının XXVIII turunun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq.