“Qəbələ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 28 Mart 2024 | 17:041166
“Qəbələ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında IV dövrənin ilk təyinatları açıqlanıb. Martın 29-31-də keçiriləcək XXVIII turun matçlarının hakimləri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə qarşılaşmasının da təyinatları bəlli olub. 

 

“Qırmızı-qaralar”ın ev matçını Cavid Cəlilov idarə edəcək. Onun köməkçiləri Müslüm Əliyev və Kamran Bayramov olacaqlar. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. 

 

Qeyd edək ki, martın 29-da Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşması saat 16:30-da başlayacaq.

 

Misli Premyer Liqası

XXVIII tur

29 mart (cümə)

16:30. “Qəbələ” – “Neftçi”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Qəbələ şəhər stadionu