«Qəbələ»nin cüdoçularından üç medal
Cüdo / 25 Dekabr 2019 | 22:12453
«Qəbələ»nin cüdoçularından üç medal

Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar başa çatıb. Bakı İdman Sarayında təşkil olunan yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Cüdoçularımız yarışda 3 medala yiyələniblər. Uşanqi Kokauri (+100 kq) finala qədər bütün rəqiblərinə qalib gələrək, yalnız həlledici görüşdə uduzub. O, Azərbaycan çempionatının gümüş mükafatına sahib çıxıb. Digər iki idmançımız bürünc medal qazanıb. Kəramət Hüseynov (60 kq) və Qəbələ rayon bölməsinin cüdoçusu İmran Yusifov (+100 kq) ölkə çempionatını 3-cü pillədə başa vurub.